Dil udlaq sinirinin nevralgiyası

Xəstəliyin 2 forması var:
– idiopatik
– simptomatik.
Xəstəliyə 40 yaşdan yuxarı adamlarda rast gəlinir. Xəstəliyin etiologiyasında vidaci dəliyin şişləri və osteofiti, sinir kökünün çapığı, yuxu arteriyasının anevrizması, qırtlağın xərçəngi, xroniki tonzillit, angina, qrip, intoksikasiyalar mühüm rol oynayır.
KLİNİKASI: Dilin kökündə, badamcıqlar və damaq qövsündə lokalizə olunan kəskin ağrı, dartıcı, burucu ağrıların bir neçə saniyə davam etməsi xəstəliyin əsas əlamətləridir. Ağrılar tez-tez qulaq daxilinə, boğaza və alt çənənin arxa bucağına yayılır. Ağrı tutmaları bradikardiya və arterial təzyiqin enməsi fonunda huşdangetmə halı ilə müşayət olunur. Bu dil udlaq sinirinin tərkibində yuxu sinusundan damar hərəki mərkəzə impulslar daşıyan reseptor sinirin olması ilə əlaqədardır. Triqqer zonaları dilin kökündə, badamcıqlarda və damaq qövsündə aşkar edilir. Ağrılar udma zamanı, bəzən isti və soyuq qidalar qəbul edərkən öskürək, gülüş zamanı baş verir. Xəstələr ünsiyyətdən qaçır, qidanı, suyu bir tərəfi üstə udmağa çalışır.
DİAQNOZU: Dil udlaq sinirinin nevralgiyasının diaqnozunda diqqətli olmaq lazımdır ki, üçlü sinirin nevralgiyası ilə qarışdırılmasın. Üçlü sinirdə ağrılar üzdə, dodaq ətrafında, dil udlaq sinirinin nevralgiyasında isə dilin kökündə yerləşir.
MÜALİCƏSİ: Ağrı tutmalarının kəsilməsi üçün dilin kökünə 20%-lı novokain məhlulu sürtülür. Bu ağrıları 6-7 saat sakitləşdirir. Kəskin davamlı ağrılarda dilin kökünə 1-2%-lı novokain məhlulu yeridilir.
Xəstələrə fizioterapevtik müalicə üsulları tətbiq edilir, B12 vitamini təyin edilir.

Nərminə Əli

Next Post

Öz-özünə sönən siqaret istehsal oluna bilər

Ç Yan 13 , 2021
Rusiyadakı tütün şirkətləri öz-özünə sönən siqaret istehsal edə bilər. Bu barədə AzFood RİA “Novosti”yə istinadən xəbər verir. Rusiya Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi tütün şirkətlərini öz-özünə sönən siqaretlər istehsal etməyə məcbur edən sənəd hazırlayır. Belə ki, sənəd iki ildən sonra təsdiqlənə bilər. Siqaret kağızına üzük şəklində cihaz qoyulacaq və […]
Öz-özünə sönən siqaret istehsal oluna bilər