Gürcüstanda Azərbaycan sərmayəli zavod yenidən işini dayandırıb

Gürcüstanda Azərbaycan sərmayəli zavod yenidən işini dayandırıb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı “Aqara” şəkər zavodu istehsalı

yenidən dayandırıb.

AzFood xəbər verir ki, buna səbəb Gürcüstan hökumətinin istehsalın stimullaşdırılması üçün müəssisəyə təqdim etdiyi güzəştli müddətin ötən ilin sonunda başa çatmasıdır.

Şirkətdən bildirilib ki, hazırda istehsal rentabelli deyil və güzəştlərin müddətinin uzadılması üçün hökumətlə danışıqlar aparılır. Danışıqlar uğurla nəticələnərsə, “Aqara” şəkər istehsalını bərpa edəcək.

Xatırladaq ki, ötən ilin aprelində Gürcüstan hökuməti daxili bazarda şəkərə olan tələbatın ödənilməsi üçün zavodun fəaliyyətini bərpa etməklə bağlı qərar verib. Azərbaycanın “Azərsun Holdinq”inə məxsus zavod təbii qazın istehlakı və dəmir yolu ilə daşınmalar üçün güzəştli tariflərin hesabına ötən ilin iyunun 1-dən etibarən 6 ay müddətində fəaliyyət göstərib.

Nərminə Əli

Next Post

Bu günə olan koronavirus STATİSTİKASI

Ç Yan 13 , 2021
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 474 yeni yoluxma faktı qeydə alınıb, 1 322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. AzFood xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 16 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 225 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 212 120 nəfər müalicə olunaraq sağalıb, 2 957 nəfər […]
Bu günə olan koronavirus STATİSTİKASI