AQTA quşçuluq təsərrüfatında yoxlama keçirib

AQTA quşçuluq təsərrüfatında yoxlama keçirib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan məlumat əsasında Sumqayıt şəhəri, Sülh küçəsi 1 ünvanında yerləşən, “Murad Aqro” MMC-yə məxsus quşçuluq broyler təsərrüfatında yoxlama keçirib.

AQTA-dan AzFood-a verilən məlumata görə, yoxlama zamanı quşçuluq broyler təsərrüfatının normativ texniki sənədlərin tələblərinə əməl edilmədən fəaliyyət göstərdiyi aşkar olunub.

Müəssisədə istehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

Nərminə Əli

Next Post

Gömrükçülər külli miqdarda siqaret qaçaqmalçılığının qarşısını alıblar

Ç Yan 13 , 2021
Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda 8 fakt üzrə 11 360 ədəd müxtəlif markalı siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Bu barədə AzFood-a DGK-dan məlumat verilib. Məlumata görə, Gürcüstandan gələn “Mercedes Benz”, “DAF” və “İveco” markalı yük avtomobilləri saxlanılıb və sürücülər […]
Gömrükçülər külli miqdarda siqaret qaçaqmalçılığının qarşısını alıblar