Gömrükçülər külli miqdarda siqaret qaçaqmalçılığının qarşısını alıblar

Gömrükçülər külli miqdarda siqaret qaçaqmalçılığının qarşısını alıblar

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda 8 fakt üzrə 11 360 ədəd müxtəlif markalı siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bu barədə AzFood-a DGK-dan məlumat verilib.

Məlumata görə, Gürcüstandan gələn “Mercedes Benz”, “DAF” və “İveco” markalı yük avtomobilləri saxlanılıb və sürücülər şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsələr də, baxış zamanı yük avtomobillərin gizli saxlanc yerlərindən, ümumilikdə 11 360 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Nərminə Əli

Next Post

Salyanda karantini pozan kafe sahibi və müştəriləri saxlanıldı

Ç Yan 13 , 2021
Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazidə xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən “Şahmar” kafesini aşkarlayıblar. DİN Mətbuat xidmətindən AzFood-a verilən məlumata görə, obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb. Ora baxış zamanı kafenin sahibi və daha 8 müştəri saxlanılaraq polis şöbəsinə gətirilib. Müştərilər və obyekt […]