Bu günə olan koronavirus STATİSTİKASI

Bu günə olan koronavirus STATİSTİKASI

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 474 yeni yoluxma faktı qeydə alınıb, 1 322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

AzFood xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 16 nəfər COVID-19-dan vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 225 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 212 120 nəfər müalicə olunaraq sağalıb, 2 957 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 743 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 052, bu günə qədər isə ümumilikdə 2 287 959 test icra olunub.

Nərminə Əli

Next Post

Sabahın hava proqnozu

Ç Yan 13 , 2021
Bakıda və Abşeron yarımadasında yanvarın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən AzFood verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, […]
Sabahın hava proqnozu