İsmayıllıda kartof əkininə hazırlıq işləri aparılır

İsmayıllıda kartof əkininə hazırlıq işləri aparılır

İsmayıllı rayonunda cari ilin məhsulu üçün 950 hektarda kartof əkini gözlənilir və hazırda hər yerdə əkinə ciddi hazırlıq işləri görülür.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, kartofçuluq İsmayıllıda ənənəvi təsərrüfat sahəsidir. Sakinlər ilboyu bazarlarda böyük tələbat olan və ailə büdcəsinə yaxşı gəlir gətirən bu məhsulun yetişdirilməsində çox maraqlıdırlar. Təkcə ötən təsərrüfat ilində rayonda 14 min 482 ton kartof istehsal olunub ki, bu da inişilki göstəricidən 632 ton çoxdur.

Artıq İsmayıllı, Talıstan, Diyallı inzibati ərazi dairələrində kartof müasir texnologiya ilə əkilib-becərilir və nəticədə sahələrdən yüksək məhsul götürülür. Ötən il həmin ərazilərdə hər hektarın məhsuldarlığı 400 sentner olub.

Fermerlər və fiziki şəxslər artıq kartof əkiləcək sahələrdə dondurma şumunu başa çatdırıb, kifayət qədər toxum tədarük ediblər. Fevralın əvvəlindən əkinə başlanacaq. İlkin olaraq rayonun cənub ərazilərindən, o cümlədən Gəraybəyli, Qubaxəlilli, Kürdmaşı və bir sıra digər ərazi dairələrində kartof əkiləcək.

Nərminə Əli

Next Post

Qeydiyyatı olmadan fəaliyyət göstərən çörək sexi bağlandı

Ça Yan 19 , 2021
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağcabədi rayonu, 4 yol ərazisində fəaliyyət göstərən fiziki şəxs Mehdiyev Firidun Elşad oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama həyata keçirib. AQTA-dan AzFood-a verilən məlumata görə, ilkin baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, müəssisə sanitar-gigiyenik qaydalara […]
Qeydiyyatı olmadan fəaliyyət göstərən çörək sexi bağlandı