Qeydiyyatı olmadan fəaliyyət göstərən çörək sexi bağlandı

Qeydiyyatı olmadan fəaliyyət göstərən çörək sexi bağlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağcabədi rayonu, 4 yol ərazisində fəaliyyət göstərən fiziki şəxs Mehdiyev Firidun Elşad oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama həyata keçirib.

AQTA-dan AzFood-a verilən məlumata görə, ilkin baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi aşkarlanıb.

Araşdırma zamanı məlum olub ki, müəssisə sanitar-gigiyenik qaydalara əməl etmədən, qida təhlükəsizliyinə dair normativ aktlara əməl edilmədən fəaliyyət göstərir. Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

Nərminə Əli

Next Post

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi yaz sessiyasında müzakirə edilməyəcək

Ça Yan 19 , 2021
“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi parlamentin yaz sessiyasında müzakirəyə çıxarılmayacaq. Bu barədə AzFood-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib. O deyib ki, hazırda qanun layihəsinin üzərində iş aparılır: “Sənədin ilkin variantının hazır olmasına baxmayaraq bəzi dəyişikliklərə ehtiyac var. İki-üç dəfə mənim də iştirak olmaqla İşçi qrupun iclası keçirilib. Bəzi […]
“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi yaz sessiyasında müzakirə edilməyəcək