“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi yaz sessiyasında müzakirə edilməyəcək

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi yaz sessiyasında müzakirə edilməyəcək

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi parlamentin yaz sessiyasında müzakirəyə çıxarılmayacaq.

Bu barədə AzFood-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

O deyib ki, hazırda qanun layihəsinin üzərində iş aparılır:

“Sənədin ilkin variantının hazır olmasına baxmayaraq bəzi dəyişikliklərə ehtiyac var. İki-üç dəfə mənim də iştirak olmaqla İşçi qrupun iclası keçirilib. Bəzi detallar müzakirə edilib. Daha sonra hesab edirəm ki, “Toxumçuluq haqqında” yeni qanun da hazırlanmalıdır”.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi parlamentin 2020-ci il yaz sessiyasının işlər planına daxil edilsə də müzakirəyə çıxarılmamışdı.

Nərminə Əli

Next Post

Öküzlər mənfi 30 dərəcədə buzlu gölə girdi

Ça Yan 19 , 2021
Türkiyədə maraqlı hadisə yaşanıb. AzFood Türkiyə KİV-ə istinadən xəbər verir ki, Van vilayətinin Çaldıran ilçəsində 1990-cı ildən bəri ən aşağı temperatur yaşanıb. İlçə ərazisində yerləşən Kaz gölünün də böyük hissəsi donub. Hava o qədər soyuq olub ki, insanların qurutmaq üçün ipə asdığı paltarlar da donub. Sinoptiklər şaxtalı havanın mənfi 30 dərəcəyə […]
Öküzlər mənfi 30 dərəcədə buzlu gölə girdi – Türkiyədə