Bu il Qaxda 455 hektarda tütün əkini proqnozlaşdırılır

Bu il Qaxda 455 hektarda tütün əkini proqnozlaşdırılır

Builki mövsümdə Qax rayonunun təsərrüfatlarında 455 hektar sahədə tütün əkini nəzərdə tutulur. Qaxlı fermerlər cari təsərrüfat ilində 425 hektar sahədə “Virciniya botaniki” və 30 hektarda digər növ tütün yetişdirəcəklər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, tütün şitillərinin yetişdirilməsi üçün fermerlər tərəfindən fevralın əvvəllərində sadə istixanaların hazırlanmasına başlanılacaq. İstixanalarda yetişdiriləcək tütün şitilləri aprelin əvvəllərində sahələrə köçürüləcək.

Xatırladaq ki, ötənilki mövsümdə qaxlı fermerlər 496,4 hektar sahədən 755 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 202,3 ton artıb.

Nərminə Əli

Next Post

Azərbaycanda yeni zibil poliqonları yaradılır

Ça Yan 19 , 2021
“Tullantılarla bağlı ölkə üzrə səkkiz regional poliqonun yaradılması planlaşdırılır”. AzFood-un verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib. O qeyd edib ki, onlardan bir neçəsi ilə bağlı işlərə başlanılıb: “Həmin poliqonlarda daşınacaq ötürücü […]