Serialların insan psixologiyasına təsiri

Televiziya kanallarında yayımlanan kinolar insanların boş zamanlarını maraqlı keçməsi üçün yayımlanır. Lakin seriallar aylarca, hətta illərcə davam etdiyinə görə istər-istəməz insanlara təsirsiz ötüşmür. Əslində serialı çəkənlərin əsas məqsədi yüksək reytinq və pul qazanmaqdır. Bu məqsədə nail olmaq üçün aktyorlar səylə çalışaraq serialda hər cür macəra, dedektiv və romantik hadisələrə geniş zaman ayırırlar.
Gündəlik seriallar insanların süurunda iz qoyur. Belə ki, seriala aylarca baxan adamlar özlərindən asılı olmayaraq özlərini baş qəhrəmanlara oxşatmaq istəyirlər. Serialda baş verən nikahsız həyat, əl-qol ataraq danışmaq, min bir hiylə ilə istədiyinə nail olmaq, macəra dolu bir həyat, istədiyi hər arzuya çatmaq arzusu, istəməyərəkdən iradəsi zəif olan baxıcıların şüuraltı mərkəzinə yerləşir. İki qardaşın eyni adamı sevməsi, xəyanətlərin əksəriyyətinin cəzasız qalması, zina işlər serial baxıcılarının gözündə adiləşir.
Əxlaq anlayışı bir sözlə arxa plana keçir və günah sayılan əməllər insanlara adi bir şey kimi gəlir. Deməli belə nəticəyə gəlmək olar ki, serialların insanlara verdiyi xeyir, zərərindən qat-qat azdır.
Əslində seriallar insanları dini və əxlaqi əməllərə qiymət verməyə, ailəyə və vətənə sevgi hissi  ilə yaşamağa ruhlandırmalıdır.

Nərminə Əli

Next Post

İşğaldan azad edilmiş ərazilərdə nar bağları salınacaq

Ça Yan 19 , 2021
Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl, Füzuli, Ağdam, Zəngilan, Qubadlı rayonlarının ərazilərində narçılıq təsərrüfatının inkişafı üçün münbit şərait var. AzFood bildirir ki, bunu Trend-ə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib. F.Qaraşov bildirib ki, Assosiasiya həmin ərazilərdə fəaliyyətə başlamaq niyyətindədir: “Bu ərazilərdə gələcək fəaliyyətimizi qurmaq istəyirik. Bura minerallarla çox […]
İşğaldan azad edilmiş ərazilərdə nar bağları salınacaq