Pəhrizsiz arıqlamaq istəyirsinizsə, bu qaydalara əməl edin

Böyük Britaniya həkimləri xüsusi pəhrizlərə riayət etmədən daha sürətli çəki atmağın üsullarını açıqlayıblar.

AzFood xəbər verir ki, bu barədə “The Sun” bildirib.

Britaniyanın Milli Səhiyyə Xidmətində faydalı vərdiş ola və arıqlamağa kömək edəcək 12 qaydanı təklif edirlər.

1. Günə fiziki fəallığın qısa sıçrayışlarını qatın, çay hazırlayarkən yerinizdə qaçın.

2. Alkoqolun istifadəsini məhdudlaşdırın.

3. Gecə yaxşı yatmaq üçün günortadan sonra qəhvə içməyin.

4. Suyu, çayı meyvə şirəsi ilə əvəzləyin.

5. Hər gün səhərə on dəqiqəlik gəzinti ilə başlayın.

6. Sonrakı qəlyanaltıdan qaçmaq üçün yemək zamanı daha çox yeyin.

7. Əgər şirniyyatı sevirsinizsə, onu qatı süd və ya ağ şokoladla əvəzləyin.

8. Hər həftə yeni tərəvəzlər dadın.

9. Qida üçün əlavə xərclərdən qaçmaq üçün marketə getməzdən əvvəl alınacaq malların siyahısını təşkil edin.

10. Dostunuzdan sizinlə həftədə iki dəfə birgə gəzməsini xahiş edin.

11. Müsbət emosiya almağın alternativ üsullarını tapın. Bilməcələri həll etməyə və ya dostla danışmağa cəhd edin.

12. Özünüzə müəyyən yeməyi qadağan etmək lazım deyil. Əgər hansısa yeməyi çox istəyirsinizsə imtina etməyin, sadəcə qidanı tələsmədən qəbul edin.

Nərminə Əli

Next Post

Sabaha olan hava proqnozu

Ç Yan 20 , 2021
Azərbaycanda sabaha gözlənilən hava şəraiti məlum olub. Milli Hidrometeorologiya Xidmətindən AzFood-a verilən məlumata görə, yanvarın 21-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 0 dərəcəyə […]
Sabaha olan hava proqnozu