Sağlam olmayan pəhrizlər

Sağlam olmayan pəhrizlər

“Uzun müddət ac qalmaq təhlükəli pəhrizlərdən biridir. Çünki, adi pəhrizə keçdikdən sonra insanların 80 faizi əvvəlkindən daha çox yemək yeməyə başlayır”.

AzFood-un məlumatına görə, bunu diyetoloq İrina Pisareva “RT”yə verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, yalnız bir məhsuldan istifadəni əhatə edən mono-diyetlər də təhlükəlidir:

“Bu vəziyyətdə orqanizm lazımi vitamin, mineralları almır, nəticədə immun sistemi zəifləyir və insanın ümumi vəziyyət pisləşir. Yalnız tərəvəz və meyvələrdən hazırlanmış şirələr içməklə saxlanılan detoks pəhrizlər də az təhlükəli deyil. Qarışdırılan hər şey bağırsağa daxil olur və onu həzm etmək üçün enerji sərf edilmir. Nəticədə bağırsaq atrofiyası yaranır”.

Nərminə Əli

Next Post

Daha bir ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb

Ça Fev 16 , 2021
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. AQTA-dan AzFood-a verilən məlumata görə, agentlik əməkdaşları Şirvan şəhəri, T. İsmayılov küçəsində yerləşən fiziki şəxs Xəlilov Mehman Vaqif oğluna məxsus “Şirvanşah” restoranında yoxlama keçirib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə əməl […]