Bu tort çox asan hazırlanır və çox dadlıdır.
Lazım olan məhsullar:
Xəmir üçün:
– 4 ədəd yumurta
– 1 stəkan şəkər tozu
– 100 qr kərə yağı
– 1 stəkan qoz
– 1 stəkan un
– 1 x.q. xama
– 1/2 ç.q. soda
Krem üçün
– 100 qr kərə yağı
– 1 banka bişmiş qatılaşdırılmış süd (“вареная сгущенка”)
– vanilli şəkər tozu
Hazırlanması:
1. Yumurta sarısı şəkər tozu ilə yaxşı çalınır, ələnmiş un, xırda doğranmış qoz, yumşalmış yağ əlavə olunur, qarışdırılır.
3. Xama soda ilə qarışdırılır və xəmirə əlavə olunur, qarışdırılır.
4. Yumurta ağı 1 çimdik duzla yaxşı çalınır, ehtiyatla hissə-hissə xəmirə əlavə olunur, aşağıdan yoxarıya doğru çox ehtiyatla qarışdırılır.
5. Soba qabaqcadan 180 C qədər qızdırılır, tavaya yağ çəkilir, perqament kağızı sərilir və xəmir qoyulur.
6. Biskvit təxminən 30 dəqiqə ərzində bişirilir. Hazır olub-olmamasını yoxlamaq üçün xəmirə diş çöpünü batırın – xəmir yapışmayıbsa, biskvit hazırdır.
7. Biskviti tam soyudun.
8. Krem hazırlayırıq. 100 qr yumşaq kərə yağı qatılaşdırılmış südlə yaxşı çalınır, vanilli şəkər tozu əlavə olunur, qarışdırılır.
9. Biskvit tam soyuyanda 2 hissəyə kəsin və korjların aralarına, tortun üzərinə və yan tərəflərinə krem çəkin.
10. Tortu doğranmış qozla, sürtgəcdən keçirilmiş şokoladla bəzəmək olar.
Nuş olsun!