Hər il milyonlarla ton qida tullantı kimi atılır: DƏHŞƏTLİ RƏQƏMLƏR

BMT-nin Ətraf Proqramı (UNEP) və Britaniyanın “WRAP” Ekoloji Təşkilatının birgə hazırladığı hesabata görə, 2019-cu ildə dünyada 931 milyon ton qida tullantı olaraq atılıb.

AzFood xəbər verir ki, bu ümumi istehsal olunan ərzaq məhsullarının 17%-ni təşkil edir. Hesabatda bildirilir ki, atılan qidalar bir-birinin ardnca dayanan 40 tonluq yük maşınlarına yerləşdirilsə, bu zəncir yer kürəsini yeddi dəfə dövr edə bilər.

Qida tullantılarının 60%-dən çoxunun ev təsərrüfatları, 26%-ni iaşə sistemləri, 13%-I isə pərakəndə satışın payına düşür. Mütəxəssislər, qlobal istixana qazı tullantılarının təxminən 8-10%-nin atılan qida ilə əlaqəli olduğunu ehtimal edir.

Hesabatda ona də diqqət çəkilir ki, əgər yeyilməmiş qida bir dövlət olsaydı, dünyada istixana qazı tullantılarında ABŞ və Çindən sonra üçüncü olardı.

Xatırladaq ki, BMT-nin hesabatlarına əsasən hər il dünyada təxminən 690 milyon insan ac qalır.

Nərminə Əli

Next Post

Tərtərdə 958 hektar sahədə yazlıq səpin aparılıb

Ç Mar 10 , 2021
Tərtər rayonunda yaz-tarla işləri geniş vüsət alıb. Torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər. Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, martın 1-dək 958 hektar sahədə yazlıq səpin aparılıb. Əkinlərin 85 hektarı kartof, 28,5 hektarı müxtəlif növ tərəvəz bitkiləri, 842,5 hektarı təzə yonca, 2 hektarı noxud […]
Tərtərdə 958 hektar sahədə yazlıq səpin aparılıb