Azərbaycanda çayın idxalı ixracı – 12 Dəfədən Çox Üstələyib

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan ümumi dəyəri 2 019,81 min ABŞ dolları dəyərində 265,68 ton çay ixrac edib.

Azfood.Az fed.az-a istinadən xəbər verir ki, xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk üç ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 9,2%, həcmi isə 18,3% azalıb.

Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,05%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,40%-ə bərabər olub.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 12 659,40 min dollar dəyərində 3 213,62 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 1%, həcmi isə 5,2% azalıb.

Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,50% təşkil edib.

Göründüyü kimi, cari ilin yanvar-mart aylarında ölkənin çay idxalı ixracı 12 dəfədən çox üstələyib. (Apa)

Səma Fərzəli

Next Post

Payızlıq əkinlə bağlı fermerlərə subsidiyanın verilməsinin yekunlaşacağı vaxt - AÇIQLANDI

C Apr 16 , 2021
Müəyyən olunmuş müddət ərzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 341 min 413 fermer öz payızlıq əkinlərini bəyan edib. Azfood.az fins.az-a istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib. Qurum rəsmisi bildirib ki, daxil etdikləri məlumatlar, o cümlədən torpaq üzərində mülkiyyət […]