Market ərzaqlarında palma yağının olmasını belə yoxlayın – Yağ, xama, pendir…

Ərzaqda çox miqdar palma yağı insan orqanizminə ziyandır.
Bu gün marketlərdə olan süd və yağ tərkibli 80% ərzaqların tərkibində palma yağı var.
 
Palma yağı təkcə qidada yox, kosmetik məhsullar, bəzi texniki istehsalatda da ucuz olduğu üçün istifadə edilir.
Qida məhsullarına ucuz palma yağının bir təsiri də onların saxlanma müddətini uzatmasıdır.
Azfood.az medicina.az-a istinadən xəbər verir ki, süd məhsulları, yağ və dondurma, şokoladın tərkibində ancaq təmiz heyvani yağlar olmalıdır.
Onların ucuz olması üçün də palma yağından istifadə edilir. Hətta qarğıdalı, günəbaxan yağı da yox, ancaq palma yağı. Ya da yağlar faiz nisbətilə qarışdırılır.
Məhsulda palma yağının olması mütləq etiketdə yazılmalıdır, amma istehsalçılar çox zaman bunu gizlədir.
Bəs aldığımız məhsulu özümüz necə yoxlaya bilərik?
Qeyd edək ki, qiyməti daha ucuz olan ərzaqlarda 90% palma yağı olur.
 Əgər məhsulun saxlanma müddəti 3 aydan yuxarı göstərilirsə, onda palma yağı var. Ancaq bərk, əriməyən, texniPendirki palma yağı qida məhsulunun formasını, rəngini, tamlığını belə saxlaya bilər.
Dondurma – dondurmanı əlinizə, ovcunuza sürtün, palma yağı varsa, ovucda plyonka kimi iz qalır.
Kərə yağı – kərə yağının tərkibində ancaq süd və qaymaq olmalıdır. Kərə yağını otaqda qoyun, o gec əriyəcək və palma yağı varsa, paketin altında, yağın üzərində nəm damlaları əmələ gələcək, sanki yağ tərləyib.
Xama – təbii olan soyuducuda bərkiyir, palma yağı ilə olan isə elə yumşaq qalır. Onu salatlara qatanda salat daha şux olur. Təbii xama isə sulanır.
Pendir – gün altında qoyanda əriyir, palma yağı ilə olan isə əksinə quruyur.

Səma Fərzəli

Next Post

EKTİS-də elektron müraciəti formalaşmış fermerlərin 92,06 faizinə subsidiya ödənilib

Şb Apr 17 , 2021
Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilin payızlıq əkinlərinə görə fermerlərə subsidiya ödənişlərini davam etdirir. Azfood.az fins.az-a istinadən xəbər verir ki, qanunvericiliklə müəyyən olunmuş müddət ərzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 341413 fermer öz payızlıq əkinlərini bəyan edib. Daxil etdikləri məlumatlar, o cümlədən torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədləri qaydasında olan 283908 […]