Azərbaycanın içki ixracından gəliri 21 % azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 3,414 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər, sirkə ixrac edib.

Azfood.az fed.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsindən (DGK)  verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 917 min dollar və yaxud təxminən 21,2 % azdır.

Hesabat dövründə içki ixracından gəlir ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib.(report)

I rübdə Azərbaycana idxal edilmiş içki və spirtin dəyəri isə 13,305 milyon dollar olub. Bu isə 1 il əvvələ nisbətən 87 min dollar və yaxud 0,65 % azdır.

Hesabat dövründə içki idxalı ümumi idxalın 0,5 %-ni təşkil edib.

Səma Fərzəli

Next Post

Azərbaycanın şəkər ixracından qazancı üç dəfədən çox - Artıb

Be Apr 19 , 2021
Bu ilin yanvar-mart aylarında Azərbaycan 9,03 mln. ABŞ dolları dəyərində 17 929,26 ton şəkər ixrac edib. Azfood.az fed.az-a istinadən xəbər verir ki,  Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,1 dəfə və 2,5 dəfə çoxdur. Qeyd edək ki, cari ilin yanvar-mart aylarında şəkərin […]