Azərbaycanda sahibkarlar üçün – CƏRİMƏ «RADAR»I İŞƏ DÜŞƏCƏK – YENİ QANUN

Yaxın vaxtlarda Azərbaycanda sahibkarlara nəzarət üçün yeni sistem işə düşəcək.

Azfood.az fed.az-a istinadən xəbər verir ki, söhbət sahibkarların və şirkətlərin əmək qanunvericiliyinə əməl etməsinə məsafədən nəzarət edilməsindən gedir.

Bu yenilik hazırda Milli Məclisdə müzakirəyə çıxarılmış və artıq ardıcıl olaraq təsdiqlənən dəyişikliklərdə nəzərdə tutulub. Bura işçilərin müqaviləsiz işləməsi, onların sığorta edilməməsi və sair məsələlər aiddir. Həmin məsələlərə indi də nəzarət edilir, amma dəyişikliklərdən sonra nəzarətin forması dəyişəcək və daha sərt xarakter alacaq, üstəlik yoxlama üçün sahibkrların obyektlərinə gəlmək lazım olmayacaq. Bunun üçün məsafədən elektron protokol tərtib edilərək cərimə yazılacaq.

Elektron protokolların tərtibi hələ 2017-ci ildə təsdiqlənmiş qeyri-formal məşğulluğa qarşı mübaricə üzrə Tədbirlər Planında nəzərdə tutulurdu.

Dəyişkiliyin məqsədi odur ki, pozuntu olarsa, inzibati xəta barədə protokol onu törədən şəxsin iştirak olmadan, yəni real rejimdə onlayn olaraq tərtib ediləcək. Başqa sözlə, avtomobillərdə olduğu kimi, şirkətlərdəki pozuntular da məsafədən qeydə alınaraq cərimə yazılacaq. Məhz buna görə, yeni sistem biznes üçün «radar» adlanır.

Doğrudur, İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati xətaya görə protokol yalnız məhkəmənin qərarı ilə tətiq edilə bilər. Yəni hər hansı pozuntuya görə hüquqi şəxsi cərimə etmək istəyən qurum, əvvəlcə bu qərarı məhkəməyə göndərməli və cərimə qərarını da yalnız məhkəmə təsdiqləməli idi. Amma bu dəfə məcəlləyə bir qədər dəyişik edərək cəriməənmə prosesini sadələşdiriblər.

Belə ki, hüquqi şəxs tərəfindən protokol tərtib edilir, əgər şirkət 10 gün ərzində protokolla razılaşıb ödəməni edirsə, bu protokol qərara çevrilir. Ödənməyəndə isə o əvvəlki qayda ilə, yəni təsdiqlənmək üçün məhkəməyə göndərilir.

«Radar»a hansı rozuntular düşəcək

Söhbət İnzibati Xətalar Məcəlləsində işçilərlə münasibətlərə həsr olunan 8 maddədə nəzərdə tutulan cərimələrdən gedir. Onların əsasları aşağıdakılardır.

– işçilərin istehsalatda bədbəxt şadisələrdən sığortalanmaması;

– işçilərin əmək müqaviləsi olmadan işlədilməsi;

– kvota üzrə işçilərin sayının gözlənilməməsi

– məşğulluq idarələrinə boş iş yerləri ilə bağlı məlumatın verilməməsi.

Yeniliklərin məğzi ondan ibarətdir ki, indiyədək bu pozuntular yalnız ənəni yoxlama zamanı ortaya çıxır və bununla balı protokol hökmən sahibkarın iştirakı ilə bağlanmalı idi.  İndi isə elektronlaşmış məlumat bazasının köməyi ilə dövlət təşkilatları bu sahəyə məsafədən elektron üsulla nəzarət edəcəklər.

Məsələn, dövlət xidmətləri, istənilən müəssisədə işçilərin sayı – burada bağlanan əmək müqavilələrinn sayını, eləcə də burada sığortalanmış və sığorta edilməmiş işçilərin sayını aydın görürlər. Nəticədə məsafədən elektron şəkildə protokol tərtib edilərək sığortalanmayan işçilərə görə müəssisəyə cərimə yazılacaq.

Eyni üsul işçilərin müqaviləsiz işlədilməsinə, bəzi qrupların işə götürülməsi ilə bağlı kvotaya əməl ounmamasına və boş iş yerləri haqqında haqqında məşğulluq xidmətinə məlumat verilməməsinə aid olacaq.

Bəs kvota tələbi nədən ibarətdir– sahibkarlar hansı şəxsləri məcburi işə götürməlidirlər?

Əmək qanunvericiliyinə əsasən bu siyahıya şəhid ailələri, veteranlar, məcburi köçkünlər, əlilliyi olan şəxslər, cəzaçəkmə müəssisəsindən çıxan şəxslər, hətta pensiyaya çıxmasına 2 il qalan şəxslər və sairlər aiddir.

«Məşğulluq haqqında» qanuna əsasən, işçilərinin sayı 25-dək olan şirkətlər və ya sahibkarlar  üçün ıkvota tələbi nəzərdə tutulmayıb, 25-50 nəfər işçiləri olan müəssisələrdə kollektivin azı 3%-i belə şəxslər, 50-100 nəfərlik kollektivi olan müəssisələrdə işilərin 4%-i, 100 nəfərdən artıq olduqda isə işçilərin 5%-i müdafiəyə ehtiyac olan yuxarıda sadalanan işçilərdən ibarət olmalıdır. Məsələn, işçilərinin sayı 200 nəfər olan kollektivdə azı 10 nəfər problemli təbəqənin təmsilisi olmalıdır.

Qanuna görə, kvota tələbinə əməl eməyən şirkət və sahibkarlar cərimələnir, amma əgər indiyədək bunun üçün obyektdə yoxlama aparılıb bu hallar aşkar edilməli idisə, bundan sonra pozuntular məsafədən qedə alınacaq.

Ola bilər ki, iş adamları işə götürmək və kvotaya əməl etmək üçün həmin təbəqəyə məxsus olan şəxsləri tapa bilməsinlər. Belə olduqda dövlət məşğulluq xidməti həmin şirkətə belə şəxsləri yönəldir və onlar həmin şəxsləri işə götürməlidirlər. Əks halda 1500-2000 manacərimə nəzərdə tutulub.

Hazırda bütün bu məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində toplanılıb.

Maraqlıdır ki, hazırda bütün pozuntuları sahibkarlar özləri də həmin istemə baxarkən görə bilərlər – pozuntular xüsusi rənglərlə bildirilir – məsələn, neçə işçi sığortalanmayıb və sair, bu barədə iş adamlarına bildirişlər də gedir – yəni iş adamlarının pozuntunu aradan qaldırmaq üçün vaxtları var.

Dəyişikliklərin maraqlı məqamı ondan ibarətdir ki, elktron qərarla protokol tərtib edildikdə cərimə məbləğinin aşağı həddi götürülür. Məsələn, kvotaya əməl eməməklə bağlı cərimələr 1500-2000 manat olsa da, elektron protokolda bu cərimə 1500 manatdan göürüləcək.

Səma Fərzəli

Next Post

"Şəkər, qənd xərçəngi qidalandırır, yağlar isə ac saxlayır" - Xərçəngə qalib gəlmiş həkimdən ŞOK

Be Apr 19 , 2021
İnsan DNT-də xromosom zədələnməsi xərçəngin markeri ola bilər, amma xəstəliyin faktiki səbəbi deyil. Bu sözləri cərrah-ortoped, doktor Hari Fettke özü xərçəng xəstəliyinə qalib gəkdikdən sonra apardığı araşdırma və əldə etdiyi məlumatlara əsasən bildirib.   Doktor Varburq deyir ki, şəkər, qənd xərçəngi qidalandırır, yağlar isə ac saxlayır. Azfood.az  Medicina.az-a istinadən xəbər […]