Azərbaycana 64 milyon dollarlıq ət gətirlib

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 64 172,42 min ABŞ dolları dəyərində ət idxal edilib.

Azfood.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Belə ki, bu ilin 10 ayında ölkəyə gətirilən ətin ümumi çəkisi 41 786,38 ton təşkil edib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 6 951,74 min dollar (12,16%) və 2 956,47 ton (7,61%) çoxdur.

2019-cu ilin yanvar-oktyabr ayları ərzində ət idxalı Azərbaycanın ümumi idxalının 0,56%-ni təşkil edib.

AzFood

Next Post

"Məhsullarının satışında problem yaşayan yüzlərlə fermerlə əməkdaşlıq etmişik"

Be Noy 18 , 2019