AQTA yeni maarifləndirici videoçarx hazırlayıb

AQTA qida təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri çərçivəsində “Meyvələrin söhbəti” adlı yeni videoçarx hazırlayıb.

Videoçarxın hazırlanmasında əsas məqsəd qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində sahibkarların və istehlakçıların maarifləndirilməsi, eyni zamanda qida zəncirinin bütün mərhələlərində iştirak edən tərəflərin üzərinə düşən məsuliyyət və öhdəliklərin diqqətə çatdırılmasıdır.

Təqdim olunan yeni videoçarx bitki mühafizə vasitələrindən düzgün istifadə qaydaları ilə bağlıdır. Videoçarxda bitki mühafizə vasitələrindən istifadə etməzdən öncə mütəxəssis rəyinin alınmasının, eyni zamanda bu vasitələrdən norma və qaydalara uyğun şəkildə istifadə etməyin vacibliyi vurğulanır.

Qeyd edək ki, ölkəmizə idxal olunan və təsərrüfatlarda istifadə olunan bitki mühafizə vasitələri və gübrələrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət nəzarəti həyata keçirilir.

AQTA qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi maarifləndirmə tədbirlərində fəal iştirakına görə “HH GROUP” Şirkətlər Qrupuna təşəkkür edir.

AzFood

Next Post

AQTA quş qripi ilə bağlı növbəti monitorinqlərə başlayır

Ca Dek 12 , 2019
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə xəstəliyə qarşı 16–20 dekabr tarixlərində növbəti epizootoloji monitorinqlər keçirəcək. Monitorinqlər çöl quşları arasında Abşeron yarımadasını, Şabran, […]