AQTİ laboratoriyalarında sahibkarlar üçün infotur keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ölkəmizdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəhbər və digər məsul şəxslərinin iştirakı ilə infotur keçirilib.

Azfood.az xəbər verir ki, tədbirdə çıxış edən AQTİ-nin İdarə Heyətinin sədr müavini Tamilla Əliyeva Agentliyin və İnstitutun fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, AQTİ-nin fəaliyyət istiqamətləri ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunmasıdır ki, bu məqsədlə Bakıda və regionlarda beynəlxalq standartlara cavab verən laboratoriyalar fəaliyyət göstərir.

Daha sonra AQTİ-nin nəzdində fəaliyyət göstərən Analitik Ekspertiza Mərkəzinin müdiri Xalid Bayramlı iştirakçılara laboratoriyaların fəaliyyəti, maddi-texniki bazası, yeni qida təhlükəsizliyi sisteminin qurulması istiqamətində görülən işlər, risk əsaslı qida təhlükəsizliyi sisteminin əhəmiyyəti barədə geniş təqdimatla çıxış edib.

Qeyd olunub ki, Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə, baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə müxtəlif müayinələr həyata keçirilir.

AQTİ-nin laboratoriyalarında beynəlxalq standartlara uyğun metodlarla aparılan müayinələrin nəticələrinin dünyanın qabaqcıl ölkələrinin laboratoriyaları ilə uyğunluq təşkil etdiyi də infotur iştirakçılarının diqqətinə çatdırılıb. Daha sonra infotur iştirakçıları AQTİ laboratoriyalarına baxış keçirib, buradakı iş prinsipi ilə tanış olublar.

İştirakçılar laboratoriyalarda aparılan müayinələri əyani şəkildə, yerindəcə müşahidə ediblər. Görüş çərçivəsində sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.

AzFood

Next Post

Bu xəstəliklərdə çuğundur yemək təhlükəlidir

Bz Yan 19 , 2020
Həkimlər çuğundurun bir sıra xəstələrə əks göstəriş olduğunu bildirib. Bu tərəvəz nə qədər faydalı olsa da, bəzi xəstəlikləri kəskinləşdirir. AzFood çuğundurun kimlərə qadağan olunmasını təqdim edir. – Qastriti, mədə xorası olanlara çiy çuğundur olmaz. Çuğundur turşuluğu artırır, mədə-bağırsaqda spazm verib, ishal yaradır – Şəkər xəstələri – çuğundurda çox miqdarda şəkər […]