Aqrar sahə üzrə KOB-lara öz təsərrüfatlarında təlimlər keçirilir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkə regionlarında fəaliyyət göstərən mikro və kiçik sahibkarlara dəstək məqsədilə BP və onun tərəfdaşlarının həyata keçirdiyi Sahibkarlığın İnkişafı Proqramı çərçivəsində “Kənd təsərrüfatı sektorunda KOB-ların inkişafına dəstək” təlimlərinə start verib.

Azfood.az-ın xəbərinə görə, bu təlimlər regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların öz fərdi təsərrüfatlarında keçirilir. Təlimlərin fərdi təsərrüfatlarda təşkil edilməsinin başlıca üstünlüyü sahibkarlar üçün daha faydalı və praktik olması, eləcə də təsərrüfatın düzgün idarə edilməsi, mövcud resurslardan daha səmərəli istifadə, planlaşdırma, məhsuldarlığın artırılması kimi məsələlərlə bağlı yerindəcə tətbiqi biliklərə yiyələnmək imkanının yaradılmasıdır.

Yevlax, Ağdaş və Tovuz rayonlarında istixana təsərrüfatı, toxum istehsalı, heyvandarlıq və meyvəçiliklə məşğul olan KOB-lar üçün təşkil olunmuş təlimlər artıq başa çatıb. Hazırda təlimlər ölkənin digər rayonlarında davam etdirilir.

Təlimləri uğurla başa vuran və əldə etdiyi bilikləri fərdi təsərrüfatlarında tətbiq edən KOB-lara sertifikatlar veriləcəkdir.

KOBİA-nın “KOB Dostu” şəbəkəsi vasitəsilə reallaşdırılan və “Ekvita” şirkəti tərəfindən icra olunan təlimlər üç istiqamətdə – əməyin mühafizəsi, keyfiyyətin qiymətləndirilməsi və maliyyənin idarə edilməsi sahələrində aparılır.

AzFood

Next Post

"Gənc Fermerlər Proqramı"nın ən uğurlu biznes planları məlum oldu

Ca Avq 1 , 2019
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkil etdiyi Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində keçirilən «Gənc Fermerlər Proqramı»nın son seçim mərhələsi başa çatıb. Azfood.az-ın xəbərinə görə, ilkin mərhələdə AMAL-a müraciət edən 1000-dən artıq gənc fermerdən ancaq 400 nəfəri aqrar sahədə biznes ideyalarının hazırlanması və […]