Azərbaycan üzümçüləri rekord vurdu

2019-cu ildə Azərbaycan üzümçüləri 201,8 min ton məhsul yığıblar.

AzFood xəbər verir ki, bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, ötən il ilə müqayisədə, 20,4 faiz çoxdur. Bu isə 1996-cı ildən bəri rekord göstəricidir.

Ümumilikdə, 2019-cu ildə 16,1 min hektar ərazidə üzüm bağları salınıb. Orta məhsuldarlıq ötən il 12,9 faiz artaraq, hər hektara görə 104,8 sentner olub.

Nurlan

Next Post

Masallıda yeni çay plantasiyaları salınıb

Ca Yan 30 , 2020
Masallıda yeni çay plantasiyaları salınıb. Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində 540 min çay tingi alınıb və Masallı rayonunda 5 kəndin fermerlərinə məxsus 15 hektar ərazidə əkilib. “Çayçılığın inkişafı istiqamətində ailə təsərrüfatlarının, kiçik və orta sahibkarlığın genişləndirilməsi pilot layihəsi” çərçivəsində çay bitkisinə qulluq, zərərvericilərə qarşı mübarizə və bitki […]