Azərbaycanın hərbi aşpazları “Səhra mətbəxi” müsabiqəsinə hazırlıq keçirlər

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Moskva şəhərinə gələn Azərbaycanın hərbi aşpazları təlimat alaraq təhlükəsizlik və texniki vasitələrin istismarı qaydalarını öyrəniblər.

Hərbi aşpazlarımız həmçinin qida məhsulları ilə işləməyə buraxılmaları üçün tibbi müayinədən keçiblər.

Bu barədə Azfood.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Avqustun 3-də Alabino poliqonunda dünyanın 10 ölkəsindən olan hərbi aşpazlar milli təamların hazırlanması üzrə ustalıqlarını nümayiş etdirəcəklər. Hazırda hərbi aşpazlar “Səhra mətbəxi” müsabiqəsinə hazırlıqlarını davam etdirirlər.

AzFood

Next Post

Aqrar sahə üzrə KOB-lara öz təsərrüfatlarında təlimlər keçirilir

Ç İyl 31 , 2019
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkə regionlarında fəaliyyət göstərən mikro və kiçik sahibkarlara dəstək məqsədilə BP və onun tərəfdaşlarının həyata keçirdiyi Sahibkarlığın İnkişafı Proqramı çərçivəsində “Kənd təsərrüfatı sektorunda KOB-ların inkişafına dəstək” təlimlərinə start verib.