AQTA-da ÇXR-nın ölkəmizdəki səfirinin müşaviri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Çin Xalq Respublikasından ölkəmizə diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması ilə əlaqədar görüş keçirilib.

AzFood xəbər verir ki, Çin Xalq Respublikasının ölkəmizdəki səfirinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə Agentliyin sədr müavinləri Rüfət Rüstəmzadə və Balarəhim Quliyev iştirak edib.

AQTA-nın sədr müavini Rüfət Rüstəmzadə qonaqlara Agentliyin fəaliyyət istiqamətləri, ölkəmizdə qida təhlükəsizliyinə nəzarətlə bağlı görülən işlər barədə geniş məlumat verib.

Sonra Çin Xalq Respublikasının ölkəmizdəki səfirinin müşaviri Van Çunqan son vaxtlar Çində meydana gələn koronavirus xəstəliyinin dünyanın bir sıra ölkələrinə yayılmasına görə təəssüfləndiyini bildirib. Məlumat verilib ki, hazırda Çində koronovirusla bağlı epizootoloji vəziyyət nəzarət altındadır.

Görüşdə Çin Xalq Respublikasından Azərbaycan Respublikasına diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması ilə əlaqədar müzakirələr aparılıb.

Nurlan

Next Post

AQTA maarifləndirir

Bz Fev 9 , 2020
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsi ilə oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə “Taxıl böcəyi zərərvericisinin dənli bitkilərə […]