1 milyon hektardan çox sahədə payızlıq bitkilər səpilib

Tarlalarda, meyvə bağlarında və üzümlüklərdə becərmə işləri davam etdirilir, eyni zamanda, yazlıq bitkilərin əkini üçün hazırlıq tədbirləri görülür. Payızlıq taxıl sahələrində isə aqrotexniki tədbirlərin aparılması işi davam etdirilir.

AzFood xəbər verir ki. Dövlət Statistika Komitəsindən bildirilib ki, ilkin məlumatlara görə, 2020-ci ilin məhsulu üçün 1 milyon 10,6 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilib. Bunun 641 min hektarını (63,4 faizi) buğda, 369,3 min hektarını (36,5 faizi) arpa və 0,3 min hektarını (0,1 faizi) çovdar təşkil edib.

Nurlan

Next Post

“Aqrolizinq” ötən il neçə milyon manatlıq texnika satıb?

Bz Fev 23 , 2020
Aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsini və itkisiz yığılmasını təmin etmək üçün istehsalçıların zəruri texnika ilə təchizatı yaxşılaşdırılır. Bu məqsədlə 2019-cu il ərzində “Aqrolizinq” ASC tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 130,6 milyon manat dəyərində kənd təsərrüfatı texnikası satılıb. AzFood xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.