Son illər Oğuz rayonunda 37 subartezian quyusu qazılıb

Prezident İlham Əliyevin imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamların icrası olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 2013-2019-cu illər ərzində Oğuz rayonunda 37 subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Təkcə ötən il rayonda 6 subartezian quyusu qazılıb.

Azfood bilirir ki,bu barədə  Şəki Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Sabir Əhmədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda rayon ərazisində 63 subartezian və 14 artezian quyusu istismardadır. Bu quyular vasitəsilə 1015 hektar əkin sahəsinin suvarma suyu və həmin ərazilərdə yaşayan minlərlə sakinin içməli su ilə təminatı ödənilir. Ötən il bu quyulardan 2,5 milyon kubmetr su çıxarılıb. 2020-ci ildə rayon ərazisində daha 10 subartezian quyusunun qazılması nəzərdə tutulur.

AzFood

Next Post

Xərçəng hüceyrələrini öldürən ən təsirli qida

Ça Mar 3 , 2020
Bu qida ağciyər xərçənginə səbəb olan xərçəng hüceyrələrinin 86%-ni öldürür. Ləzzətli və sağlamlıq mənbəyi kimi tanınan qarağat son illər bütün dünyada xərçəngə qarşı vasitəsi kimi məşhurlaşıb. Qarağatın bir çox xəstəliyi müalicə etdiyi sübut edilib. Azfood qarağatın möcüzəvi faydaları haqqında məlumat verir: – Olduqca kövrək olan bu giləmeyvə Mərkəzi və Cənubi […]