Sassi suyu. Piyləri yandıran məşhur içki

Bu suyun reseptini amerikalı həkim Sintiya Sass fikirləşib.

Əvvəllər bu içki “Yastı qarın” pəhrizi zamanı istifadə olunurdu. Daha sonra isə Sassi suyu ayrıca istifadə olunmağa başlandı.

AzFood.az bildirir ki, Sassi suyu mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, köpü azaldır, piylərin parçalanmasını sürətləndirir, metabolizmi yaxşılaşdırır, orqanizmi ziyanlı maddələrdən təmizləyir, dərinin və saçların vəziyyətinə çox müsbət təsir edir.

Sassi suyunun reseptini sizə təqdim edirik:

2 l suya nazik doğranmış 1 ədəd limon və 1 ədəd xiyar, 1 çay qaşığı sürtgəcdən keçirilmiş təzə zənçəfil kökü, 5-6 nanə yarpaqları əlavə olunur, yaxşı qarışdırılır və səhərə qədər soyuducuda qalır.

Növbəti gün ərzində bu suyu içmək lazımdır. Axşam yenə Sassi suyu hazırlanır və növbəti gün ərzində içilir. Kurs 1-2 həftə davam edir.

Nurlan

Next Post

Beyin qan dövranını yaxşılaşdıran giləmeyvə - RESEPTLƏR

Be Apr 20 , 2020
Beyin qan dövranının pozulması çox təhlükəli vəziyyətdir. Bu pozulmanın fonunda insanda insult inkişaf edə bilər. Bəzi təbii vasitələr beyin qan dövranını yaxşılaşdırmaq, damarları təmizləmək, spazmı götürmək xüsusiyyətlərə malikdir. Bu vasitələr xalq təbabətində aterosklerozun və insultun profilaktikası üçün çox geniş istifadə olunur. Sizə bir neçə belə resept təqdim edirik: 1)  500 […]