Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndi, Məktəbli küçəsində fəaliyyət göstərən Cəfərov Qabil Qadir oğluna məxsus quş kəsimi məntəqəsində yoxlama keçirib. AQTA-dan verilən məlumata görə, yoxlama zamanı müəssisədə baytarlıq-sanitar və sanitar-gigiyenik normaların ciddi şəkildə pozulduğu, antisanitar şəraitdə quş kəsimi və təmizlənməsinin həyata keçirildiyi […]

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir. Nəzarət tədbirləri çərçivəsində 21 aprel 2021-ci il tarixində ölkə üzrə 458 ictimai iaşə obyektində 774 monitorinq keçirilib. Monitorinqlər zamanı 34 müəssisədə […]

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qida və Nəzarət Baş İdarəsinin mütəxəssisləri ilə görüş keçirilib. Görüşdə İnstitutun fəaliyyət istiqamətləri barədə nümayəndə heyətinə ətraflı məlumat verilib. Türkiyəli qonaqlarla qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etmək baxımından bitki və heyvan sağlamlığı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə […]

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 21 aprel 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 30 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb. Həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb. Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini […]

Məlumata əsasən, cari ilin ilk 3 ayı ərzində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı 1 973 müraciət daxil olub. Bu müraciətlərdən 1 884-ü ilə bağlı qərar qəbul edilib və həmin subyektlərə “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Dövlət Reyestri”ndən çıxarışlar təqdim olunub. Bu dövr […]

22 aprel 2021-ci il tarixində saat 16:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Təhlükəsiz qida” adlı onlayn verilişi “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq. Verilişdə mövsümlə əlaqədar sağlam və düzgün qidalanma qaydaları müzakirə olunacaq. Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları AQTİ-nin şöbə müdiri Nərmin Axundovaya […]

Qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi, laboratoriya əməkdaşlarının peşəkarlığının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirakı təmin edilir. Növbəti belə təlim Avropa İttifaqı tərəfindən maliyyələşdirilən tvinninq layihəsi çərçivəsində latviyalı mütəxəssislər Vadims Bartkeviçs və Iveta Pugayeva tərəfindən İnstitutunun əməkdaşları üçün keçirilib. Pestisid qalıqları və […]

Azfood.az fins.az-a istinadən xəbər verir ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində arı ailələrinə görə subsidiya almaq üçün elektron müraciətin formalaşması davam edir. Aprelin 19-dək EKTİS-də 8146 fermer 208921 arı ailəsini bəyan edib. Arı ailələrinin EKTİS-də bəyanı prosesi aprelin 30-da başa çatacaq. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 […]

Azfood.az fins.az-a istinadən xəbər verir ki, taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirən mexanizatorlara təlimlər davam etdirilir. İndiyə qədər “New Holland TC 4.90”, “New Holland TC 5.90 Hillside” kombayn mexanizatorları üçün təlimlər keçirilib. Aprelin 16-dan etibarən isə “Aqroservis” ASC tərəfindən Yevlax regional təlim tədris mərkəzində “Sampo” kombaynları üzrə daha 115 […]