Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi ilə Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) arasında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılması mövzusunda onlayn görüş keçirilib. Onlayn görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov, Kənd Qadınları Assosiasiyasının sədri […]

Kürdəmirdə rayonunun Çöhranlı kənd sakini fermer Mübariz Hacıyev bölgədə ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıqla məşğuldur. Mühüm strateji məhsul olan pambıqçılığın inkişafına göstərilən dövlət dəstəyi fermerə əkin sahələrini artırmağa, daha yüksək məhsul istehsalına imkan verir. Cari ildə 19 hektar sahədə əkin aparan ailə fermer təsərrüfatına yaxşı çıxış alıb və hazırda becərmə […]

“Agropolis” mobil tətbiqi fermerlərin aqrokonsaltinq xidmətlərindən istifadəsini asanlaşdıracaq Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ETİ) “Agropolis” layihəsinin təşkilatçıları ilə görüş keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AzFood-a verilən məlumata görə, layihənin rəhbəri Anar Nəzərov bildirib ki, görüşün məqsədi aqrar konsaltinq xidmətlərinin göstərilməsi sahəsində yeni […]

Astara ölkə üzrə ən çox arı təsərrüfatı olan rayonlardan biridir. Bu rayonun bir çox tanınmış arıçıları var ki, onların təsərrüfatlarının məhsulları keyfiyyətinə görə seçilir. Burzubənd kənd sakini Camal Baxşıyev də onlardan biridir. O, 25 ildir arı təsərrüfatına qulluq edir. Bu illər ərzində saxladığı arı ailələrinin sayını 20-yə çatdırıb. Lakin arıçı […]

Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün ilk dəfə olaraq fermerlər arasında müsabiqə elan edilir. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AzFood-a bildirilib ki, müsabiqənin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir. Müsabiqənin təşkili ilə bağlı […]

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2020-ci il üzrə ölkədə 22 min 670 arıçı qeydiyyatdan keçib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AzFood-a bildirilib ki, bu arıçılar 22 min 781 arı təsərrüfatına sahib olmaqla, 23 min 52 arı ailəsinə qulluq göstərirlər. Ümumilikdə, 506 min 944 arı pətəyi […]

AzFood.az xəbər verir kiç bu il qüvvəyə minmiş yeni subsidiya mexanizmi gübrə bazarının nəzərəçarpacaq dərəcədə liberallaşmasına səbəb olub. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 238 gübrə, 400-dək toxum və ting təchizatçısı qeydiyyatdan keçib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən  bildiriblər ki, yeni qayda ilə verilən subsidiyalardan faydalandığını […]

Qəbələ rayonunun təsərrüfatlarında tütün əkini başa çatıb. Cari ildə rayonda “Oğuz Aqro İndustry” MMC tərəfindən 15 hektar sahədə “Virciniya botaniki” növlü, fiziki şəxslər tərəfindən isə 20 hektarda yerli tütün sortları əkilib. Hazırda tütün sahələrində becərmə işləri aparılır. AzFood.az xəbər verir ki, bu barədə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun […]