Azərbaycanın su hövzələrində balıqların tükənməsinin və yoxa çıxmasının əsas səbəbi insan amilidir. Bunu açıqlamasında Azərbaycan Balıqçılar İttifaqının sədri Əfqan Əliyev deyib. Onun sözlərinə görə, bu gün ölkənin əksər çaylarında, su kanallarında, göllərində brakonyerlik yolu ilə sintetik torlar qurulur, balıqların populyasiyasına imkan verilmir: “Azərbaycanda balıqların populyasiyasını amansızcasına kəsirlər, bu haqda bir […]

Masallı rayonunun təsərrüfatlarında bu ilin məhsulu üçün yazlıq bitkilərin əkininə başlanılıb. Torpaq mülkiyyətçiləri qısa müddətdə 1067 hektar sahədə yazlıq əkin həyata keçiriblər. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, məhsul istehsalçıları indiyədək rayonda 705,5 hektarda kartof, 122,5 hektarda paxla, 239 hektarda tərəvəz bitkiləri, o cümlədən […]

Bu ilin yanvar ayında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 5,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. AzFood-un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon ABŞ dolları və […]

“Gürcüstan Rusiya buğdasını qismən Qazaxıstan buğdası ilə əvəzləyəcək”. AzFood xəbər verir ki, bu barədə Gürcüstanın Taxıl İdxalçıları Assosiasiyasının rəhbəri Levan Silaqava bildirib. Onun sözlərinə görə, buna səbəb Rusiyanın gömrük rüsumlarını artırmasıdır: “Bu gündən etibarən Rusiyadan ixrac olunan buğdanın bir tonu üçün gömrük rüsumu 50 avroya qədər artırılıb. Rusiya buğda bazarında əsas […]

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə çay əkini sahələrinin sığortalanması şərtləri açıqlanıb. Aqrar Sığorta Fondundan verilən məlumata görə, qaydalara əsasən, hesablama aparılması üçün çay bitkisinin bir hektarı üzrə məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib. Belə ki, çayın bir hektarı üçün məhsuldarlıq norması 3,5-125 sentner arasında, qiymət […]

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Avropa və Mərkəzi Asiya region ölkələri üzrə sağlam və məhsuldar heyvandarlıq strategiyasını təqdim edib. FAO-dan  verilən məlumata görə strategiyanın məqsədi, kiçik sahibkarların heyvan sağlamlığı və istehsal təcrübələrini yaxşılaşdırmaq həmçinin antibiotiklərdən istifadə zamanı onların təhlükəsizliyini təmin etməkdir. 2020-2025-ci illəri əhatə edən strategiya FAO-nun bölgədəki […]

Kənd təsərrüfatı rayonu olan Yardımlıda heyvandarlıq aqrar sektorun əsas sahələrindən biridir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək üçün mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatlar, dövlət tərəfindən məhsul istehsalçılarına verilən subsidiyalar, güzəştli kreditlər rayon sakinlərinin heyvandarlığın inkişafına marağını daha da artırıb. Süni […]

Ekoturizmin inkişaf etdirilməsi məqsədilə ötən il “Ulu Aqro” MMC-nin Qax Aqroparkının ərazisində 50,5 hektar ərazidə müxtəlif növ meyvə tingləri əkilməklə ekobağ salınıb. Suvarmanın yüksək səviyyədə təşkili məqsədilə bağın ərazisində damcılı suvarma sistemi quraşdırılıb. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Ulu Aqro” MMC-nin icraçı direktoru Məhərrəm Məhərrəmov məlumat verib. Direktorun bildirdiyinə görə, ötən […]

Azərbaycana Avropadan “Lacaune”, “Landschaft Merino”, “İle de France” və “Suffolk” cinsli ətlik, südlük-ətlik istiqamətli qoyunları gətirilib. Kənd Təsərrüfatı Nazirliyindən AzFood-a verilən məlumata görə, ümumi sayı 1 000 başdan artıq olan damazlıq heyvanlar “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Ağsu rayonunda yerləşən heyvandarlıq müəssisəsində yerli iqlim şəraitinə uyğunlaşma prosesi keçir. […]

Əsasən kənd təsərrüfatı rayonu olan Salyanda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindəndir. Rayonda heyvandarlığın inkişafına xüsusi diqqət yetirildiyindən ötən illərdə olduğu kimi, 2020-ci ildə də bu sahədə yaxşı nəticələr qazanılıb, mal-qaranın sayı çoxalıb, heyvandarlıq məhsulları istehsalında yaxşı nəticələr əldə olunur. Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda rayonun ayrı-ayrı […]