Bu ilin yanvar ayında Azərbaycan 2,5 milyon ABŞ dolları dəyərində 711 ton çay idxal edib. AzFood Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 milyon ABŞ dolları (51,9 %) və 626 ton (46,8 %) azdır. Hesabat dövründə çay idxalı Azərbaycanın ümumi idxalının 0,72 %-ni təşkil edib.

Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlərin əsas məşğuliyyəti heyvandarlıqdır. Laçın rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2021-ci ilin yanvarın 1-i tarixinə rayonun əhali və fermer təsərrüfatlarında 32 min 516 baş iribuynuzlu heyvan, 121 min 570 baş qoyun-keçi olub. 2020-ci ildə təsərrüfatlarda 19 min 365 sentner ət, 151 […]

İsmayıllı rayonunda ciddi hazırlıqdan sonra kartof əkininə başlanılıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 480 hektar sahədə kartof əkiləcəyi proqnozlaşdırılır. Artıq bütün ərazilərdə dondurma şumu çıxarılıb, sahələrə üzvi gübrə verilib, kifayət qədər toxum tədarük olunub. Yanvar ayında havaların soyuq keçməsi əkini ləngitsə də, […]

2020-ci ilin avqustun 1-dən bu günədək Gürcüstandan 81,2 milyon ABŞ dolları dəyərində 15,6 min ton fındıq ixrac olunub. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Məlumata əsasən, illik müqayisədə ixracın həcmi 50 %, dəyəri isə 52 % artıb. Hesabat dövründə gürcü fındığını əsasən Almaniya, İtaliya, Çexiya və […]

Neftçalada aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yumurta istehsalı ilbəil […]

Ötən il Qax rayonu üzrə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 26 min 863 arı ailəsi qeydiyyata alınaraq təsdiq edilib. Hazırda rayonda 897 təsərrüfatçı arıçılıqla məşğul olur. Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, ötən il […]

Azərbaycandan xarici ölkələrə xurma ixracı kəskin azalıb. Bunu AzFood-a Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov deyb. O bildirib ki, Azərbaycan istehsalı olan xurmaların əsas satış bazarı Rusiya və Ukraynadır: “Hazırda isə həmin ölkələrdə alıcılıq qabiliyyəti kəskin azalıb. Məhsullarımız satılmır. Ölkədə anbarlarımız xurma ilə tam doludur. Demək olar […]

Sabirabadda aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd, yumurta və yun […]

Kənd Təsərrüfatı Nazirliyi süni mayalanma mütəxəssislərinin hazırlığı üçün yeni təlimə başlayır. Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) icra etdiyi layihə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilir. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, 5 günlük təlim fevralın ilk həftəsində Göygöldəki Respublika Süni Mayalanma Mərkəzində keçiriləcək. Təlimdə iştirak üçün […]