Azərbaycan məhsulları ötən gün işə başlamış və noyabrın 10-na qədər davam edəcək 3-cü Çin Beynəlxalq İdxal Sərgisində nümayiş olunur. Bu barədə AzFood İqtisadiyyat Nazirliyindən bildirilib. Məlumata görə, sərgi Çinin Şanxay şəhərində keçirilir. Sərgidə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə […]

Azərbayacanda xüsusi karantin rejiminin dekabrın 1-i, saat 06:00-a qədər uzadılması ilə əlaqədar olaraq Teymur Əhmədov adına “AzNar” QSC-nin səhmdarlarının noyabrın 6-na nəzərdə tutulmuş növbəti ümumi yığıncağı qeyri-müəyyən müddətə təxirə salınıb. AzFood xəbər verir ki, yığıncaq xüsusi karantin rejimi bitdikdən sonra keçiriləcək. Əlavə məlumat veriləcək və səhmdarlara bildiriş göndəriləcək.

Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərində qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 1 mlrd 332,6 mln manat dəyərində məhsul istehsal edilib. Bu barədə AzFood-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, bu, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə qida məhsullarının istehsalında 5,5% artım, içki istehsalında 5%, tütün məmulatlarının istehsalında isə 61,2% azalma müşahidə olunub. Əvvəlki […]

“Veysəloğlu Şirkətlər Qrupu”na Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən 7 milyon manat dəyərində kredit ayrılıb. AzFood bankın rəsmi saytından əldə etdiyi məlumata əsasən, şirkətin müraciəti 22 oktyabr tarixində təsdiq edilib. Belə ki, şirkətlər qrupu dövriyyə kapitalı tələblərinin və likvidlik ehtiyaclarının maliyyələşdirilməsi üçün 7 milyon AZN (3,5 milyon avro) məbləğində yerli valyutada […]

“Könüllü Qida Nəzarətçisi” proqramının iştirakçıları koronavirusla bağlı maarifləndirmə tədbirlərini davam etdirir. 22 oktyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) könüllüləri Bakı şəhəri Nizami rayonunda yerləşən ərzaq satışı müəssisələrində maarifləndirmə tədbirləri aparıblar. “Könüllü Qida Nəzarətçisi” proqramının iştirakçıları AQTA tərəfindən hazırlanan maarifləndirici məlumatları istehlakçılara paylayıblar. Həmçinin könüllü qida nəzarətçiləri ərzaq mağazaları […]

“CocaCola” şirkəti malik olduğu 430 brenddən 200-ə yaxınını bağlamağı nəzərdə tutur. AzFood xəbər verir ki, cari ilin üçüncü rübünə dair maliyyə hesabatını açıqlayan şirkət bağlanacaq brendlərin tam siyahısını verməsə də, “Tab” pəhriz işkisi, “Zico” kokos suyu, “Odwalla” şirələri, həmçinin bir çox məhəlli brendlərin bağlanacağı qeyd olunur. Hesabata görə şirkətin gəliri ikinci rübdəki 28 faizə qarşı […]

Hazırda rəşadətli Azərbaycan ordusu torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə düşməni ağır məğlubiyyətə uğratmaqda davam edir. Lakin Ermənistan silahlı bölmələrinin davam edən təxribatları, mülki obyektlərə raket və artilleriya zərbələri nəticəsində cəbhə xəttində yerləşən rayon və kəndlərimiz, mülki əhalimiz ciddi zərər görür. Bunu nəzərə alaraq, Veysəloğlu Şirkətlər Qrupu ordumuzla yanaşı cəbhə […]

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 62,7 min ABŞ dolları dəyərində 12,7 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib. Azfood.az Fins.az-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,9 min dollar (25,9%) və 2,9 ton (29,2%) çoxdur. Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların […]